
İlk 7-8 dəqiqəni çıxmaq şərti ilə bərbad oynadıq.
Gununsesi.info xəbər verir ki, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi İsveçrə ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis ilk hissədə pis təsir bağışladıqlarını söyləyib: “İlk 7-8 dəqiqəni çıxmaq şərti ilə bərbad oynadıq. İsveçrə kimi komandalara qarşı belə passiv oynamaq olmaz. Səhvlərimiz çox oldu. Amma baş məşqçi olduğum üçün məsuliyyəti öz üzərimə götürürəm. Səhvlər oyunun bir parçasıdır. Ən yaxşı futbolçular belə bundan sığortalanmayıblar. Fasilədən sonra oyunda üstünlüyü ələ ala bildik. Lakin 0:2 geridə olduqdan sonra hər şey gec idi”.
Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün B qrupunun ilk matçında Macarıstan İsveçrə yığmasına 1:3 hesabı ilə məğlub olub.
Gununsesi.info