Mikayıl Cabbarov Qurban bayramı ilə bağlı paylaşım edib

  • By ilhame
  • 16 İyun 2024 10:12

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qurban bayramı münasibətilə paylaşım edib.

 

Gununsesi.info xəbər verir ki, nazir bununla bağlı “X” sosial şəbəkəsindəki hesabında qeyd edib:

 

“Qurban bayramı münasibətilə təbriklərimizi və xoş arzularımızı çatdırır, xeyirxahlıq, mərhəmət və birlik aşılayan niyyətlərin qəbul edilməsini diləyirik. Bayramınız mübarək!”.

Gununsesi.info