
Almaniyada keçiriləcək Avropa çempionatının C qrupunda üz-üzə gələcək Serbiya və İngiltərə yığmaları ilk dəfə böyük turnirlərdə (Avropa və dünya çempionatı) qarşılaşacaqlar.
Gununsesi.info -nun məlumatına görə, Serbiya yığması tarixində ilk dəfə “köhtə qitə”nin yarışına qatılır.
Yuqoslaviya dönəmində britaniyalılar rəqibinə son altı qarşılaşmada uduzmayıb. Yalnız AVRO-1968-in yarımfinalında məğlub olub.
C qrupunun digər matçında Danimarka Sloveniya ilə görüşəcək. Tərəflər ilk dəfə böyük yarışlarda bir-birinə rəqib olublar.
D qrupunun yeganə oyununda Polşa və Niderland seçmələri münasibətlərə aydınlıq gətirəcək. Bu komandalar da Avropa və dünya çempionatları tarixində ilk dəfə görüşəcəklər.
Qeyd edək ki, Polşa – Niderland matçı Bakı vaxtı ilə saat 17:00-da, Sloveniya – Danimarka qarşılaşması saat 20:00-da, Serbiya – İngiltərə dueli isə saat 23:00-da start götürəcək.
Gununsesi.info