
Türkiyənin Bursa şəhərinin Orhaneli, Antalyanın Aksu və Muğlanın Milas rayonlarında meşə yanğınları başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, ilk yanğın xəbəri Bursadan gəlib.
Bursansanın Orhaneli rayonunda meşəlik ərazidə baş verən yanğının söndürülməsi üçün hava və quru müdaxiləsi davam edir.
Rayonun Topuk ərazisində yanğın müşahidə edildikdən sonra əraziyə qruplar göndərilib.
Antalyanın Aksu bölgəsində baş verən yanğının da səbəbi hələlik məlum deyil.
Hazırda yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
Yanğının söndürülməsinə 2 helikopter, 2 yanğınsöndürən təyyarə, 12 sudaşıyıcı və canlı qüvvə cəlb olunub.
Gununsesi.info