Ağsu rayonunda 43 yaşlı kişi güllələnib

Bu gün saat 19 radələrində Ağsu rayonunda 43 yaşlı kişi güllələnib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

 

Bildirilib ki, 1981-ci il təvəllüdlü Osmanov Sahib Sərxan oğlunun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

 

Nəticədə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Elnur Əliyev saxlanılıb.

 

Araşdırma aparılır.

Gununsesi.info