Macarıstan – İsveçrə görüşünün ən yaxşı futbolçusu müəyyənləşib

  • By ilhame
  • 15 İyun 2024 20:06

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin I turunda baş tutan Macarıstan – İsveçrə matçının ən yaxşı futbolçusu müəyyənləşib.

 

Gununsesi.info UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçrəlilərin heyətində Qranit Caka qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

 

Komandasının 3:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada 31 yaşlı yarımmüdafiəçinin ötürmələrinin 90 faizi dəqiq olub.

Gununsesi.info