Nicat Əmiraslanov sərbəst buraxılıb

İki gün əvvəl polis tərəfindən saxlanıldığı deyilən NİDA Vətəndaş Hərəkatının üzvü Nicat Əmiraslanov sərbəst buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayılıb.

Məlum olub ki, ictimai fəal DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılırmış.

Bildirilir ki, Nicat Əmiraslanov iyunun 15-də günortadan sonra yoxa çıxıb.

Evdən çıxanda ailəsinə 5 dəqiqəyə qayıdacağını deyib və o vaxtdan onunla əlaqə kəsilib.

Qeyd edək ki, 2017-ci ildə də Əmiraslanov Qazax rayonunda 30 sutka inzibati həbs edilib.

Onu da qeyd edək ki, Nicat Əmiraslanov “Abzasmedia İşi” üzrə hazırda həbsdə olan jurnalist Elnarə Qasımovanın həyat yoldaşıdır.

Şəbnəm

Gununsesi.info