
Türkiyəyə könüllü dönənlərə ayda 2 min avro veriləcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ölkədə qeyri -qanuni olaraq yaşayan türklərin öhdəsindən gələ bilməyən Almaniya bir sıra təşviqedici tədbirlər almağa başlayıb.
Nəticədə könüllü olaraq Türkiyəyə dönənlərin sayında ciddi artım müşahidə edilir.
Bildirilir ki, “İnteqrasiya proqramı”ndan yararlanmaq istəyən qeyri-qanuni türklərin sayı bir ildə 7 dəfə artıb.
Almaniyada türklər üçün sığınacaq şərtləri olduqca ağır olduğu üçün buraya gələn türklər özlərini suriyalı, iraqlı yaxud əfqanıstanlı kimi qələmə verməyə çalışırlar. Bir qismi isə ümimiyyətlə qaçaq olaraq yaşamağa davam edirlər.
Almaniyada milyonlarca türk yaşadığından onları təsbit etmək olduqca çətindir.
Məlumata əsasən ölkədən könüllü olaraq Türkiyəyə dönən türk vətəndaşlarına yol xərcliyi (uşaqlara 100, böyüklərə 200 avro) , səyahət sığortası və Türkiyədə ayda 2 min avro olmaqla üç ay müavinət verilir.
Bundan başqa Türkiyədə kiçik biznes qurmaq istəyənlər könüllülər xüsusi proqramdan yararlana biləcəklər.
Xəqani
Gununsesi.info