Lyuk Şou İngiltərə millisində məşqlərə başlayıb

  • By ilhame
  • 24 İyun 2024 14:49

İngiltərə millisinin müdafiəçisi Lyuk Şou ümumi komanda ilə məşqlərə başlayıb.

 

Gununsesi.info Britaniya mətbuatına istinadən xəbər verir ki, “Mançester Yunayted” klubunun futbolçusu fevraldan bəri zədə səbəbindən oynaya bilməməsinə rəğmən, millinin Almaniyada keçirilən Avropa çempionatında iştirak edən heyətinə daxil edilib.

 

L.Şounun AVRO-2024-də yığmaya fayda verəcəyinə inanan baş məşqçi Qaret Sautqeyt onu pley-off mərhələsində oynatmağı düşünür.

 

Qeyd edək ki, İngiltərə millisi AVRO-2024-ün qrup mərhələsinin sonuncu turunda Sloveniya ilə qarşılşacaq.

Gununsesi.info