1 yaşlı körpə “babasını yedi”

  • By Admin2
  • 04 Aprel 2025 12:42

İngiltərədə bir qadın 1 yaşlı oğlunun mərhum atasının külünün olduğu qabı açaraq içindəki külləri yediyi görüntüləri sosial şəbəkədə paylaşıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə bir qadın 1 yaşlı oğlunun ölümündən sonra cəsədi yandırılan babasının külünü yediyini sosial şəbəkədə paylaşıb.

“The New York Post”un yazdığına görə, qadın öz təcrübələrini TikTok hesabında bölüşərək, baş verənləri hələ də “həzm etməyə” çalışdığını izah edib.

Hadisə İngiltərənin Linkolnşir qraflığında baş verib.

Nataşa Emeny onların evinin qonaq otağına girəndə oğlunun babasının qabda saxlanılan külünü yediyini görüb.

Qadın çamaşırları camaşırxanaya qoymaq üçün qısa müddətə yuxarı qalxdığını və geri qayıdanda oğlu Koahı “külə bürünmüş” gördüyünü söylədi. Emeny oğlunun bilmədən atasının külünü yediyini anladığını deyib.

“Bir müddət sonra nə baş verdiyini anladım” deyən qadın videonu “Oğlun atanı yeyəndə” başlığı ilə izləyiciləri ilə paylaşıb. Videoda oğlanın paltarı və üzü külə bürünərək ətrafda gəzdiyi görünür. Daha sonra mərhumun külünün saxlandığı boş dekorativ qab kameraya düşüb. Burada da ətrafa səpələnmiş kül göründü. “Oğlum atamın külünü yedi”, – o, deyib.

Külü yedikdən sonra balaca oğlanın səhhətində problem yaranmayıb.

Orxan

Gununsesi.info