Zelenski Netanyahuya başsağlığı verdi

  • By Günel
  • 28 Yanvar 2025 22:53

Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, bu barədə V.Zelenski Teleqram kanalında yazıb.

“Holokost faciəsi ilə əlaqədar baş nazirə və İsrail xalqına başsağlığı verdim”, – o vurğulayıb.

Ukrayna lideri israilli girovların azad edilməsini və onların vətənə qayıtmasını alqışlayıb.

Bundan əvvəl V.Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta ilə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə edib.

Gununsesi.info