İŞİD üçün pul toplayan Rusiya vətəndaşı saxlanıldı

  • By Günel
  • 28 Yanvar 2025 21:39

Alman polisi Berlində İŞİD üçün pul toplayan Rusiya vətəndaşını saxlayıb.

Gununsesi.info Teleqraf.com – a istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

Məhkəmə Zelimxan D adlı şəxsin barəsində həbs qərarı verib.

Saxlanılan şəxs “cinayətkar təşkilata üzv olmaqda”, “İŞİD-ə dəstək verməkdə” və “xarici iqtisadi fəaliyyət haqqında qanunu pozmaqda” ittiham olunur.

Gununsesi.info