Kiyevin mərkəzində atışma - Yaralanan var

  • By Günel
  • 28 Yanvar 2025 23:12

Kiyevin mərkəzindəki kafelərdən birində atışma baş verib.

Gununsesi.info Teleqraf.com – a istinadən xəbər verir ki, bu barədə Kiyev Milli Polisinin Baş İdarəsi məlumat yayıb.

Yerli polisin məlumatına görə, kafelərdən birində 68 yaşlı kişi ilə digər vətəndaşlar arasında münaqişə yaranıb. Bu zaman hadisə iştirakçılardan biri yaşlı kişiyə tərəf bir neçə dəfə atəş açıb.

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.

Gununsesi.info