
“ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkilərində qalib gələrsə, Amerika silahlarının tədarükünü dayandırmaq təhlükəsi ilə Ukraynadan Rusiya ilə sülh danışıqlarına başlamağı tələb edə bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə Reuters yazır.
Məlumata görə, Tramp onun iki əsas müşaviri prezidentliyi dövründə (2017-2021) Milli Təhlükəsizlik Şurasının qərargah rəisləri, istefada olan general-leytenant Keyt Kelloq və Fred Fleyts tərəfindən hazırlanmış Ukraynadakı hərbi münaqişənin həlli planını nəzərdə tutur.
Bildirilir ki, təşəbbüsdə Vaşinqtonun danışıqlardan hər hansı imtina ediləcəyi təqdirdə Moskvanı Kiyevə artan dəstəyi ilə hədələyəcəyi güman edilir.
Eyni zamanda, plana əsasən, sülh danışıqları “mövcud cəbhə xətti” əsasında aparılacaq.
Fleytsin sözlərinə görə, müşavirlər strategiyanı Trampa təqdim edib və o, “müsbət cavab verib”.
Onun sözlərinə görə, hazırlanmış plan Ukraynanın öz ərazilərini rəsmi olaraq Rusiyaya verməli olduğunu nəzərdə tutmur.
Fleyts, həmçinin qeyd edib ki, Ukraynada davamlı sülh üçün ABŞ Kiyevi “dişinə qədər” silahlandırmalı və əlavə təhlükəsizlik təminatları verməlidir.
Bundan əvvəl Tramp dəfələrlə Ağ Evə qayıtdıqdan sonra Ukraynadakı müharibəni 24 saat ərzində bitirə biləcəyini bildirib.
WaPo-nun sonradan aşkar etdiyi kimi, Trampın Ukrayna ilə bağlı planı Kiyevdən Krım və Donbasdan imtina etməyi tələb etmək olub.
Qeyd edək ki, eks-prezidentin komandası bu halda digər işğal olunmuş ərazilərin Zaporojye və Xerson vilayətlərinin bir hissəsinin taleyinin necə olacağına aydınlıq gətirməyib.
Afət
Gununsesi.info