“Universitetlərdə mühəndislik ixtisasları var, laboratoriyalar yoxdur” -Ramin Nurəliyev

“Bu gün acı həqiqətdir ki, bəzi universitetlərimizdə mühəndislik ixtisasları tədris olunsa da, həmin sahələr üzrə laboratoriyalar yoxdur”.

Bunu Gununsesi.info-ya açıqlamasında təhsil eksperti, Ramin Nurəliyev bildirib.

“Məsələn, maşın mühəndisliyi ixtisası var, amma tələbələrin praktiki bilik əldə etməsi üçün lazımi laboratoriya şəraiti yaradılmayıb.

Türkiyədə tibb təhsili vermək istəyən universitetdən ilk növbədə klinikasının olub-olmadığı soruşulur. Əgər klinikası yoxdursa, əvvəlcə onu yaratması tələb olunur. Avropada da bu sahədə oxşar yanaşma var.

Bizdə isə görürsən ki, özəl universitet kiçik bir binada fəaliyyət göstərir, amma maşın mühəndisliyi, inşaat mühəndisliyi kimi ixtisaslar üzrə kadr hazırlayır. Bəs bu kadrlar necə yetişdirilir? Hansı praktiki biliklərə və laboratoriya imkanlarına əsaslanaraq təhsil alırlar? Ən böyük problem də məhz budur. Ona görə də bu məsələ ilə bağlı təklif irəli sürmüşdük”.

 

Şəbnəm

Gununsesi.info