Mingəçevirdəki silahlı insidentin səbəbi bilindi - ARİF ABBASOV HÜCUMDAN QORUNMAQ ÜÇÜN BU ADDIMI ATIB

  • Müəllif: admin
  • 11 Noyabr 2026 19:42

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “5 saylı Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəisi Arif Abbasovun həbsinin təfərrüatı bəlli olub.  

Gununsesi.info -nun əldə etdiyi məlumata görə,  Arif Abbasov restoranda üç nəfərin hücumuna məruz qaldıqdan sonra silaha əl atıb.

Bildirilir ki, Arif Abbasov  Səyyaf adlı xalası oğlu  ilə mübahisə edərkən bir neçə nəfərin hücumuna məruz qaldıqdan sonra  avtomobilində olan sənədli silahını əlinə götürüb.

”Onun kimisə vurmaq niyyəti olmayıb. Ona qarşı hücum olunub. Olay yerindəki Pərviz adlı şəxs ona ağır zərbələr endirib. O, silaha əl atmağa məcbur olub” deyə Abbasovun yaxınları deyib.
Qeyd edək ki, başından yaralanan Arif Abbasova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra həbs edilib.

Əldə etdiyimiz məlumata görə, Mingəçevir Şəhər Məhkəməsi Arif Abbasov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Elmar

Gununsesi.info