Ermənistanın KTMT-dən çıxarılması müzakirə olunmayıb

  • Müəllif: Firuzə
  • 11 Noyabr 2026 20:17

KTMT-nin Moskva sammitində Ermənistanın təşkilatdan çıxarılması məsələsi qaldırılmayıb.

Gununesi.info xəbər verir ki, bunu KTMT-nin Baş katibi Taalatbek Masadıkov bildirib.

Onun sözlərinə görə, İrəvanın səsvermə hüququndan məhrum edilməsinə dair qərara baxmayaraq, Ermənistanın KTMT-dən çıxarılması məsələsi qaldırılmayıb.

 

Masadıkov onu da bildirib ki, Ermənistan üzvlük haqqını ödəsə, KTMT-də səsvermə hüquqlarını bərpa edə biləcək.

Qeyd edək ki, bu gün Kremldə keçirilən Kollektiv Təhlükəsizlik Şurasının iclasında KTMT ölkələri təşkilatın nizamnaməsinin 25-ci maddəsinə əsasən, Ermənistanı səsvermə hüququndan və təşkilatda yüksək vəzifələrə nümayəndələrini təyin etmək hüququndan məhrum edib.

Gununesi.info