Uitkoff və Kuşner Kremldə Putinlə görüşəcək

  • Müəllif: Firuzə
  • 12 Noyabr 2026 12:19

Rusiya Vladimir Putin Uitkoff və Kuşnerlə Ukrayna münaqişəsinin həllinə aparan məsələləri müzakirə edəcək.

Gununesi.info  xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Qeyd edək ki, ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar nəticələrini müzakirə etmək üçün bu gün Rusiyaya səfər ediblər.

Amerikalı nümayəndələrin bu gün günün birinci yarısında Putin tərəfindən Kremldə qəbul ediləcəyi bildirilib.

Gununesi.info