Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə Gununesi.info-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 34 kiloqram 42 qram olan narkotik vasitə və 2 (iki) ədəd qatlanan tipli bıçaq aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.










