2 nəfər dəm qazından boğuldu

  • Müəllif: Orxan
  • 11 Noyabr 2026 12:13

Bakıda 30 yaşlı kişi dəm qazından boğulub.

Gununsesi.info xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

Noyabrın 10-u saat 03 radələrində Quba rayon sakini 1996-cı il təvəllüdlü Rahim Mahir oğlu Yüzbaşıyev kirayədə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Oxşar hadisə Biləsuvarda da baş verib. 1960-cı il təvəllüdlü Arif Xıdır oğlu Şirinov yaşadığı Biləsuvar şəhəri M.Ə.Sabir küçəsindəki evin hamam otağından dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Gununsesi.info