Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 123 131 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Gununesi.info xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Məlumata görə, onların 53,7 %-ni kişilər, 46,3 %-ni isə qadınlar təşkil edib.











