Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP layihəsi üzrə işlərə başlandığını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Paşinyan TRIPP-i Ermənistanın müstəqillik qazandığı vaxtdan bəri ən böyük iqtisadi layihəsi adlandırıb.
ABŞ Prezidenti Donald Tramp layihənin başlanması münasibətilə müraciət yayıb.
“TRIPP layihəsinə rəsmən start verilir”, – deyən Tramp müraciətində Paşinyanın “sülh yolunu seçdiyini” bildirib.












