Tramp İlham Əliyevə təşəkkür etdi

  • Müəllif: Orxan
  • 23 Noyabr 2026 13:58

ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinin praktiki icra mərhələsinə başlanılması münasibətilə yayımladığı videomüraciətdə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Gununsesi.info xəbər verir ki, Tramp Azərbaycan və Ermənistan liderlərinə ABŞ-la əməkdaşlığa, həmçinin “Tramp marşrutu” layihəsinin praktiki icra mərhələsinə başlanmasını mümkün etdiklərinə görə təşəkkür edib.

“Bizimlə əməkdaşlıq etdiyinizə, bu günü mümkün etdiyinizə, həmçinin namizədliyimi Nobel Sülh Mükafatına irəli sürdüyünüzə görə təşəkkür edirəm”, – deyə Tramp bildirib.

Gununsesi.info