Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında münaqişənin diplomatik yolla həllinə ümid etdiyini bildirib.
Gununesi.info xəbər verir ki “TGRT Haber” telekanalına müsahibəsində nazir Ankaranın da bu istiqamətdə səylər göstərdiyini vurğulayıb.
“İranla bağlı nizamlanma səyləri davam edəcək. Ümid edirəm ki, bu proses uğurlu olacaq. Biz də bunun üçün əlimizdən gələni edirik”, – deyə Fidan bildirib.
Onun sözlərinə görə, Vaşinqtonla Tehran arasında razılaşma yalnız Hörmüz boğazı ilə bağlı problemlərin həlli baxımından əhəmiyyət daşımır.
“Bu, həm də qlobal maliyyə böhranının yumşaldılması üçün vacibdir”, – deyə Türkiyənin XİN rəhbəri qeyd edib.
Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl Hörmüz boğazının açılması ilə bağlı danışıqların başlanması üçün ABŞ-ın mövqeyini dəyişməli və Tehranla sülh sazişi bağlamaq niyyətini açıq şəkildə ortaya qoymalı olduğunu bildirmişdi.










