Harvard məzunu DİM-in yeni sədri ola bilər? – Vüsal Hüseynovun adı gündəmdədir

Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbərliyində gözlənilən dəyişikliklərlə bağlı müzakirələr davam edir. Mərkəzin yeni sədrinin kim olacağı ictimaiyyətin diqqət mərkəzində olduğu bir vaxtda sosial şəbəkələrdə daha bir tanınmış məmurun adı gündəmə gəlib.

Söhbət hazırda Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsini tutan Vüsal Hüseynovdan gedir.

Harvard Universitetinin Con Kennedi Dövlət İdarəçiliyi Məktəbinin məzunu olan Vüsal Hüseynovun adı DİM sədri postuna mümkün namizədlər sırasında çəkilir.

Vüsal Hüseynovun karyera yolu da diqqət çəkir. O, 2015–2018-ci illərdə Milli Məclisin deputatı olub, 2018-ci ildən isə Dövlət Miqrasiya Xidmətinə rəhbərlik edir.

Onun Harvard Universitetində dövlət idarəçiliyi üzrə magistr təhsili alması da bu ehtimal ətrafında müzakirələrin diqqət çəkən məqamlarından biridir.

Qeyd edək ki, Vüsal Hüseynovun DİM sədri təyin olunacağı ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Bu səbəbdən onun adı mümkün namizəd kimi müzakirə olunur, təyinat məsələsində isə yekun qərar Prezidentə məxsusdur.

 

Vüsal 

Gununsesi.info