Vətəndaş xalçalarının yuyulması üçün müraciət etdiyi “Zəmzəm” xalça yuma şirkətindən narazıdır.
Gununsesi.info xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, şirkət xalçaları yumaq üçün aparıb və bir həftə sonra geri gətirib. Lakin xalçaların yaxşı təmizlənmədiyini və nəm qoxusu verdiyini görən müştəri onları evə sərməyib:
“Xalçaları yumağa apardılar, bir həftə sonra geri gətirdilər. Xalçalar heç çırpılmayıb. Nəm qoxusuna görə xalçanı evə sərmək mümkün olmadı. Mesaj yazdım, axşam gəlib mütləq aparacaqlarını dedilər. Artıq bir aydır hər gün gələcəklərini deyirlər, amma məni yola verirlər. Şikayətçiyəm. Polisə də ərizə yazmışam. 70 manat pul alıblar, lakin 70 qəpiklik iş görməyiblər. Bilin, siz də mənim vəziyyətimə düşməyin”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Günay












