İranda bu gün partlamamış hərbi sursatlar məhv ediləcək

  • Müəllif: Firuzə
  • 22 Noyabr 2026 11:09

İranın Xuzistan əyalətinin Əhvaz şəhəri ətrafında əvvəlki hərbi əməliyyatlardan qalmış partlamamış sursatlar məhv ediləcək.

Gununesi.info  xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Xuzistan əyaləti qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Vəliullah Həyati bildirib ki, əməliyyat noyabrın 22-də yerli vaxtla saat 12:00-da başlayacaq.

Onun sözlərinə görə, partlayışlar nəzarət altında həyata keçiriləcək və əhali üçün təhlükə yaratmayacaq.

Gununesi.info