Paşinyan yeni Konstitusiya layihəsini müzakirəyə çıxarıb

  • Müəllif: Firuzə
  • 23 Noyabr 2026 09:36

“Ermənistan Respublikasının yeni Konstitusiyasının layihəsini təqdim etməkdən məmnunam”.

Gununesi.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb.

Hökumət başçısı yeni yaradılmış xüsusi internet saytı vasitəsilə Ermənistan Respublikasının yeni Konstitusiya layihəsini dərc edib.

“Əziz xalq, Ermənistan Respublikasının əziz vətəndaşları!

Ermənistan Respublikasının yeni Konstitusiya layihəsini məhz bu məqsədlə yaradılmış xüsusi internet saytı vasitəsilə təqdim etməkdən məmnunam. Sayt hər bir vətəndaşın yeni Konstitusiya layihəsi ilə tanış olmasını və təkliflərini təqdim etməsini mümkün qədər rahat etmək məqsədilə yaradılıb.

Saat 10:00-da canlı yayımda müraciətlə çıxış edəcəyəm.

Bu, sənin Konstitusiyandır!”.

Gununesi.info