Azad edilmiş ərazilərdə 62 mina və 468 sursat aşkarlanıb

  • Müəllif: Firuzə
  • 23 Noyabr 2026 12:26

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (16.11.2026 – 22.11.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Gununesi.info-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə daha 46 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 468 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 469,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.