İsrail mənə kömək etməsəydi burada olmazdım – Polad Bülbüloğlu

  • Müəllif: Orxan
  • 21 Noyabr 2026 13:36

Xalq artisti Polad Bülbüloğlu gözündə yaranan ciddi problemlə əlaqədar bir neçə ölkədə həkimlərlə məsləhətləşdiyini və İsraildə əməliyyat olunduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, o bu barədə “Sheinkin40” Yutub kanalına müsahibəsində deyib.

“Yaş artdıqca səhhətim pisləşməyə başladı. Gözlərimlə bağlı çox ciddi problemim var idi. ABŞ-də, Rusiyada və bir neçə başqa ölkədə həkimlərlə məsləhətləşdim. Mənə həqiqətən İsraildə kömək etdilər. Beş çox mürəkkəb əməliyyat keçirdim. Yəqin, elə bunun sayəsində indi qarşınızda oturub sizi görürəm”- deyə o bildirib.

Gununsesi.info