TRIPP proqramının əsas istiqamətlərindən biri energetika və elektrik enerjisinin tranziti olacaq.
Gununesi.info xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi elektrik şəbəkəsini Türkiyə və Azərbaycanın enerji sistemləri ilə birləşdirməyi planlaşdırır.
Onun sözlərinə görə, Ermənistan artıq İran və Gürcüstanın enerji sistemləri ilə əlaqələndirilib və elektrik enerjisinin ötürülməsinin səmərəliliyinin artırılmasına investisiyalar yatırır.
Paşinyan bu barədə NVIDIA şirkətinin vitse-prezidenti Rev Lebaredyanın da iştirak etdiyi “Digitec 2026” çərçivəsində keçirilən açıq müzakirədə danışıb.











