Bakıda sürücünü bıçaqlayan bağban saxlanıldı

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda həkimin sürücüsü ilə bağbanı arasında baş verən dava bıçaqlanma ilə nəticələnib.

Gununsesi.info Teleqraf-a istinadla xəbər verir ki, sürücü Həsənağa Həsənovu bıçaqlayan bağban Z.Səlimov polis tərəfindən saxlanılıb.

Araşdırma aparılır.