Polis bir gündə 95 cinayətin üstünü açıb

  • Müəllif: Orxan
  • 21 Noyabr 2026 10:11

Noyabrın 20-də polis ölkə ərazisində həmin gün qeydə alınan 92, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin üstünü açıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Axtarışda olan 118 nəfər, o cümlədən borclu şəxs qismində axtarışa verilmiş 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə bağlı 15 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Gununsesi.info