Ukrayna ildə 40 milyard dollarlıq silahla təmin ediləcək

  • By ilhame
  • 12 İyun 2024 20:56

Ukrayna ildə 40 milyard dollarlıq silahla təmin ediləcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyans ölkələrinin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, bununla bağlı iyunun 13-də NATO-nun müdafiə nazirləri təminat planını təsdiq edəcəklər.

 

Stoltenberq bildirib ki, alyans təchizatı koordinasiya edəcək.

 

“Mən nazirlərin Ukraynaya yardımın göstərilməsində NATO-nun rolunun gücləndirilməsi planını təsdiqləyəcəklərini gözləyirəm. Bu, Vaşinqtonda keçiriləcək sammitdə razılaşdırılacaq Ukraynaya yardım paketinin əsas elementidir”, – alyans rəsmisi qeyd edib.

Gununsesi.info