
Bakıda sükanı ayağı ilə idarə edərək təhlükəli hərəkətlər edən şəxs saxlanılıb.
Gununsesi.info-nun məlumatına görə, “Toyota Prius” markalı avtomobili idarə edən 20 yaşlı Röyal İsmayıllı barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə R.İsmayıllı inzibati qaydada 15 gün müddətinə həbs edilib.