
Ötən ilin noyabrında İrandan aldıqları nefti Çindəki neft emalı zavoduna sataraq ABŞ-ın İrana tətbiq etdiyi embarqonu pozmaqda günahlandırılan iki Texas Ştatından olan şəxs 45 ay həbs cəzasına məhkum edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
” İrandan Çinə neft satmaq istəyərkən tutulan iki Texaslının cəzası yekunlaşıb. Sanksiyaları pozmaq üçün sui-qəsddə və çirkli pulların yuyulmasında təqsirli bilinən iki nəfər ABŞ jürisi tərəfindən 45 ay həbs cəzasına məhkum edilib. Çin vətəndaşları Zhenyu Wang (43) və Daniel Ray Lane (42) 2019-cu ilin iyulundan 2020-ci ilin fevralına qədər sanksiya tətbiq edilən İrandan neft alıb Çindəki neft emalı zavoduna sataraq mənşəyini gizlətməklə sui-qəsd təşkil ediblər”– deyə nazirliyin bəyanatında deyilir.
Məlumata əsasən Lane neft və qaz mineral hüquqlarını investisiya fondlarına və özəl kapital qruplarına satan Texasda yerləşən özəl şirkət olan “Stack Royalties”-in prezidenti idi.
Lenenin vəkilinin sözlərinə görə, işdə gizli hökumət agentlərinin onu sui-qəsddə iştirak edəcəyi təqdirdə ona milyonlarla dollar qazanc təklif edib.
Vəkil bu işi hökümətin həddən artıq aşması ilə əlaqələndirib.
Gununsesi.info