Tanınmış aparıcı İTV-dən ayrıldı

  • By Günel
  • 14 İyul 2025 22:19

İctimai Televiziyanın tanınmış aparıcısı Nərmin Salmanova kanaldan ayrılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə telekanalın “Xəbərlər” proqramının aparıcısının özü sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, özünü başqa bir sahədə sınamaq istəyir.

Teleaparıcı qeyd edib ki, yeni iş yeri ilə məlumatı yaxın günlərdə açıqlayacaq.

Gununsesi.info