Türkiyədə zəncirvari avtoqəza olub: 5 nəfər ölüb

  • By Günel
  • 14 İyul 2025 22:40

Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda 2 minik avtomobili və 1 yük maşınının (TIR) iştirakı ilə zəncirvari qəza olub.

Gununsesi.info xəbər verir ki, qəza nəticəsində 5 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Belə ki, TIR-dan düşən konteynerin toqquşduğu avtomobildəki 5 nəfərin hamısı ölüb. Yük maşının sürücüsü isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qəza səbəbindən Ankara istiqamətində yolda qalın tıxac yaranıb.

Gununsesi.info