Anxelinyo “Roma” ilə müqavilə imzaladı

“Roma” Anxelinyonu transfer etmək qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, paytaxt təmsilçisi icarə əsasında komandanın formasını geyinən futbolçu ilə müqavilə imzalayıb.

“Roma” 27 yaşlı ispaniyalını bu ilin yanvar ayında heyətə qatmışdı.

Anxelinyo keçirdiyi 20 oyunda bir məhsuldar ötürmə ilə fərqlənib.

Qeyd edək ki, 63 xal toplayan “Roma” A Seriyasını 6-cı pillədə başa vurub.

Gununsesi.info