Qızıl Avropa Liqası: Azərbaycan millisi son oyununa çıxacaq

  • By ilhame
  • 02 İyun 2024 11:39

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında son oyununu keçirəcək.

Gununsesi.info-nun məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Bakıda Avstriya ilə üz-üzə gələcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, əvvəlki beş oyunda iki qələbə qazanan Azərbaycan milisi altı xalla 12 komanda arasında 8-ci sırada qərarlaşıb. Sonuncu sıradakı Avstriyanın isə xalı yoxdur.

Gununsesi.info