AZAL-dan Bakı-Kazan reysinin təhlükə ilə üzləşməsi xəbərlərinə reaksiya

  • By Günel
  • 03 Yanvar 2025 22:01

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Mətbuat Xidməti bəzi media resurslarında yayılan Bakı-Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində təhlükə ilə üzləşməsi barədə xəbərlərə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, AZAL-ın Mətbuat Xidmətindən verilən məlumata görə, adıçəkilən reys 2025-ci il yanvarın 1-də cədvələ uyğun şəkildə və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə həyata keçirilib.

Şirkət yayılan məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb və reysin heç bir təhlükə ilə üzləşmədiyini bildirib.

Gununsesi.info