Rus qazı kəsildi: - AB buna hazırdır

Yanvarın 1-dən Ukrayna ərazisindən qaz nəqlinin dayandırılacağı gözlənilirdi. AB buna hazırdır.

Gununsesi.info xəbər verir ki, bunu AB nümayəndəsi “Röyters”ə açıqlamasında deyib.

“Avropanın qaz infrastrukturu qeyri-rus mənşəli qazı alternativ marşrutlar vasitəsilə Mərkəzi və Şərqi Avropa ölkələrinə çatdırmaq üçün kifayət qədər çevikdir”, – nümayəndə bildirib.

Qeyd edək ki, yanvarın 1-dən etibarən Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqli tamamilə dayandırılıb.

Gununsesi.info