Axşama doğru paytaxtda tıxac artıb - SİYAHI

  • By Günel
  • 01 Yanvar 2025 19:20

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarında axşam saatlarına olan vəziyyəti açıqlayıb.

Gununsesi.info quruma istinadən xəbər verir ki, səhər saatları ilə müqayisədə yollarda daha çox sıxlıq müşahidə edilir:

1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

4. Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında;

5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

6. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Gununsesi.info