
İndoneziyada altı metrlik ilan qadını bütövlükdə udub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 50 yaşlı Fəridə iyunun 6-da yoxa çıxıb.
Dörd uşaq anası Kələmpanq kəndindəki bazara ərzaq satmağa gedib və bir daha evə qayıtmayıb. Yaşayış yerindən alış-veriş sahəsinə gedən yol səhər saatlarında qohumları və qonşularının onu axtarmağa başladığı meşədən keçir.
Axtarış zamanı kolluqların ətrafınd qeyri-adi şişmiş qarnı olan altı metrlik şəbəkəli piton tapılıb. Xilasedicilər onun qarnını yarıb itkin düşən qadının cəsədini tapıblar.
Bildirilir ki, cəsəd demək olar ki, zədələnməyib. Hətta paltarı da üzərindədir. Ovunu həzm etmək üçün heyvana tam bir ay lazım olardı.
Xilasedicilərin sözlərinə görə, qadının ayağında diş izləri də tapılıb.Bildirilir ki, sürünən yəqin ki, qadını dişləyib, bədəninə sarılaraq boğub, sonra isə bütünlüklə udub.
Fəridənin əri isə qadının meşəyə tək getməsinə necə icazə verdiyindən peşmandır:”Həmin gün onun yanında olsaydım, ilan ona toxunmağa cürət etməzdi. Onun çəkdiyi əziyyətə görə üzr istəyirəm. Ailəmizə yazığım gəlir”.
Kənd başçısı qeyd edib ki, qəsəbədə əvvəllər belə hal olmayıb. Bu hadisədən sonra o, yerli sakinləri təhlükə ilə bağlı xəbərdar edəcək.
O, qeyd edib ki, ərlərdən və atalardan arvadlarını, qızlarını kolluqda gəzintilərdə müşayiət etmələrini tapşıracaq.
Gununsesi.info