İranın hərbi müşaviri İsrailin Hələbə endirdiyi zərbə nəticəsində ölüb

  • By ilhame
  • 03 İyun 2024 21:25

İyunun 3-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdən 360 km aralıda yerləşən Hələb şəhərinə endirdiyi aviazərbə nəticəsində İranın Suriyadakı hərbi müşaviri ölüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.

 

Məlumata görə, Səid Abiyar İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçilərindən olub.

Gununsesi.info