“Baş nazirin sağlamlıq vəziyyəti yaxşılaşır”

“Mayın 15-də sui-qəsd cəhdindən sağ çıxan Slovakiyanın baş naziri Robert Fikonun səhhəti yaxşılaşır. O, sağalmağa doğru gedir”.

Gununsesi.info xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin rəhbəri Robert Kalinyak deyib: “Cənab Baş nazirin sağlamlıq vəziyyəti yaxşılaşır”.

O, həmçinin əlavə edib ki, Fico artıq evdə müalicə alır və reabilitasiyadan keçir.

İyunun 3-də Kalinyak bildirib ki, Fikon bir neçə gündür xəstəxanadan ev müalicəsinə keçirilib.

Onun həzm sistemi və dayaq-hərəkət sistemi zədələnib. Nazirin sözlərinə görə, bərpa prosesi ən azı bir neçə həftə davam edəcək.

Qeyd ed’k ki, Slovakiyanın xarici işlər naziri Juraj Blanar bildirib ki, Fico bir neçə aydan tez olmayan işə qayıda bilər.

 

 

Gununsesi.info