
Türkiyənin Balıkesir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Kepsut rayonunda baş verib.
Mikroavtobusla avtomobilin toqquşması nəticəsində 18 nəfər yaralanıb, iki nəfər ölüb.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Qəzanın səbəbi məlum deyil.