Avropa Komissiyasının sədri xəstəliyə yoluxdu

  • By Günel
  • 03 Yanvar 2025 20:32

Avropa Komissiyasının sədri Ursula von der Leyen pnevmoniyaya (ağciyər iltihabı) yoluxub.

Gununsesi.info xəbər verir ki, bu barədə AK nümayəndəsi Stefan de Keersmaeker bildirib.

Onun sözlərinə görə, sədr müvəqqəti olaraq vəzifəsini icra etməyəcək.

Qeyd olunub ki, Ursula von der Leyen yanvarın 3-də Varşavada Polşanın Avropa İttifaqı Şurasına sədrliyinin başlanması mərasimində iştirak etməyəcək.

Gununsesi.info