
Dəməşqə səfər edən Almaniya və Fransanın xarici işlər nazirləri görüşlər keçirib.
Gununsesi.info xəbər verir ki, Annalena Berbok və Jan Noel Barron Dəməşqdəki Xalq Sarayında Suriya lideri Əhməd Əl-Şaraa ilə bir araya gəliblər.
***
14.28
Almaniya xarici işlər naziri Annalena Berbok fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Suriyanın paytaxtı Dəməşqdə səfərdədir.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas X hesabında yazıb.
XİN başçılarının AB-ni təmsil etdikləri vurğulanıb.
K.Kallas Suriyanın yeni rəhbərliyinə mesajlarını da çatdırıb:
“Regional aktorlarla razılaşdırılmış prinsiplərə hörmət etmək və bütün mülki şəxslərin, eləcə də azlıqların müdafiəsini təmin etmək son dərəcə vacibdir”.