Bakıda bəzi yollarda sıxlıq müşahidə edilir

  • By Günel
  • 04 Yanvar 2025 19:48

Hazırda Bakıda yollardakı vəziyyət açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən xəbər verilib.

Qeyd edilib ki, hazırda:

1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;
3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.

Gununsesi.info